Güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb

04.05.2025, 09:38 image

Şahbuz rayonunun Badamlı qəsəbəsi və Türkeş kənd ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

 

Avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin texnika və canlı qüvvələri səfərbər olunub.

 

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.